• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1870
— 06.07.2020 12:04

190 manatın verilməsi üçün 55 milyon manat ayrılıb

KepezTV Player

Ümumilikdə 16 rayon və şəhər üzrə işsiz və karantin rejimində işini itirən 287 min şəxsə 190 manat ödəniləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin sözlərinə görə, bununla bağlı 55 milyon manat vəsait ayrılıb, qərar layihəsi hazırlanıb və yaxın günlərdə Nazirlər Kabineti tərəfindən təsdiq ediləcək. Həmin şəxslərə yaxın günlərdə bank kartları vasitəsilə bu ödəniş veriləcək. Sərt karantin rejimi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda 5 iyuldan 20 iyuldək uzadılıb.