• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1918
— 04.07.2020 12:02

Gəncədə gücləndirilmiş dezinfeksiya işləri

KepezTV Player

Gəncədə COVİD-19 infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir. Həftəsonu elan edilən sərtləşdirilmiş karantin rejiminə uyğun olaraq şəhərdə genişmiqyaslı dezinfeksiya işləri aparılıb. Gəncənin küçə və prospektləri Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin texnikaları vasitəsilə yuyulub. Xüsusi su çiləyici avtomobillər səhər saatlarında şəhərin Heydər Əliyev, Atatürk və Nizami Gəncəvi prospektlərində, habelə ara küçələrində dezinfeksiya işləri aparıblar. Xüsusi kimyəvi maddələrdən istifadə edilməklə aparılan qabaqlayıcı tədbirlər insanların gediş-gelişinin çox olduğu yerləri, çoxmərtəbəli binaların giriş qəfəslərini, liftləri və qəsəbələri də əhatə edib. Yeraltı piyada keçidləri, dayanacaqlar, park və istirahət məkanları da dezinfeksiya olunub.