• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 723
— 03.07.2020 20:03

Xüsusi aparat və sellofan torba tikən avadanlıq aşkar edilib

KepezTV Player

Gəncə ŞBPİ əməkdaşları şəhər sakini, əvvəllər məhkum olunmuş A.Ağalarovun Nizami rayonu ərazisində kirayədə yaşadığı mənzilə baxış keçiriblər. Oradan üzərində istifadə müddəti başa çatan və istehsal tarixi silinən 2640 ədəd limonad, habelə 80 kiloqram makaron, limonad şüşələrinin üzərinə istehsal tarixi və son istifadə müddəti yazan xüsusi aparat və sellofan torba tikən avadanlıq aşkar edilərək götürülüb.