• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 933
— 03.07.2020 20:22

İmmun sistemini gücləndirən vitamin

KepezTV Player

Araşdırmalara görə, hazırda dünya əhalisinin böyük bir qismində D vitamini çatışmazlığı var. Mövcud problem təəssüf ki, ölkəmizdə də epidemiya kimi yayılmaqdadır. Həkimlər problemin həllini mövsümün məhz hazırki vaxtını, yəni bol günəşli günlərini fürsətə çevirməkdə görür. Amma bununla belə, sual yaranır. Orqanimimizi D vitamini ilə başqa hansı formada təmin edə bilərik? Sözügedən vitaminlə zəngin qida məhsulları varmı? Ümumiyyətlə, bunu tibbi cəhətdən düzgün şəkildə, sağlamlıq üçün təhlükə olmadan etməyin yolu nədir? Mövzunu araşdırmışıq, diqqət ekrana..

Şəhla Verdiyeva terapevt: D vitaminin zəngin olduğu qida məhsulları demək olar ki, yox səviyyəsindədir. Yaxşı günəşlənmiş heyvanın kərə yağı, qaraciyər və sair kimi məhsullardan minimal dozada D vitamini ala bilərik. Amma əsas mənbəyimiz günəş şüasıdır. Günəş şüası az qəbul edən insanların hamısının rutin kontroluna baxılsa, D vitamininin əskikliyini görərik. Çünki kifayət qədər günəş şüası qəbul etmədiyimizə görə, əskiklik müşahidə olunur. Bundan əlavə, bəzi insanlarda dəridə fermentasiya prosesi,sintezi az gedir. Yəni, günəş şüası kifayət qədər qəbul etsə belə dəridə sintez olunmur.

Bu və ya digər səbəbdən qaynaqlanan D vitamini çatışmazlığı orqanizmdə bir sıra problemlərə yol açır, xüsusilə, sümük və əzələ sistemində ciddi fəsadlar törədir.

D vitaminini istənilən şəxsin qəbul etməsi hər zaman təhlükəsiz deyil, o həkim müayinəsi zamanı təyin olunmalıdır.

Şəhla Verdiyeva terapevt: D vitamini hazırda həm kapsul, həm də yağ damcılar halında mövcuddur. Kapsullar gündəlik tələbatımızı ödəyir, minimal dozada olur. Məsələn, 1000 milliqram. Gündə 2 tablet qəbul etməklə, bu günlük günəş şüalarınıa olan ehtiyacımızı ödəyə bilər. Amma vitaminlərin yağ formasında sorulması daha optimaldır və daha çox tövsiyə olunur. Yükləmə halında ancaq ondan istifadə edirik.

D vitaminin qəbulu tənəffüs, mədə-bağırsaq və immun sistemini gücləndirir, bədən müqavimətini artırır, allergik proseslərə az məruz qalmağımıza səbəb olur. Onun orqanizmdə lazımi səviyyədə olmaması isə bəzi hallarda, depressiv pozuntular şəklində özünü büruzə verir.

Yayın gəlişi, günəşli günlərin çoxluğu qədər, sağlam, gümrah və bol enerjili olmaq da əhval-ruhiyyəmizi yaxşılaşdırır, yüksəldir. Əslində, bütün bu məqamları əldə etmək isə elə də çətin deyil. Bunun üçün sadəcə olaraq, düzgün qidalanmaq və sağlam həyat tərzi keçirmək kifayətdir.