• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1431
— 03.07.2020 20:18

XXI əsrdə bizi nə gözləyir ?

KepezTV Player

Göründüyü kimi azırda dünyada ən böyük sağlamlıq problemi hesab edilən Covid-19 sürətlə yayılmaqda davam edir. Daha çox uşaq və yaşlı nəslin düşmanına çevrilən bu bəla hər kəsin qorxulu bir kabusuna çevrilib. Yaxın tarixlərdə gənc yaş qruplarının da məhz karonavirus səbəbindən həyatını itirməsi isə daha çox narahatlıq doğurur. Tibb işçilərindən xəbərdarlıq var. XXI əsr daha hansı yeni xəstəliklər ortaya çıxaracaq? Hansı problemlər proqnozlaşdırılır?

Aktual xəstəliklər ildən-ilə dəyişir. Artıq çəki, hərəkətsizlik, texnikanın inkişaf etdiyi, daha çox nəqliyyatdan istifadə etdiyimiz bir dönəmə keçid, insanın yeni bir həyat tərzinə adaptasiyası özünü təbii ki, obezlik, yüksək təzyiq və kardiovaskulyar xəstəliklərlə göstərdi. Araşdırmalara əsasən, XX əsrə xroniki yəni, diabet və kardiovaskulyar xəstəliklər öz damğasını vurdu.

Şəhla Verdiyeva həkim: XX əsr yadımızda həm də yüksək siqaret çəkmə səviyyəsi ilə qaldı. Və nəticədə bunun doğurduğu yenə də kardiovaskulyar xəstəliklər, hipertaniya və təəssüf ki, yuxarı və aşağı tənəffüs yollarının bədxasisəli xəstəlikləri ilə göstərdi. Nəqliyyat vasitələrinin, ekoloji tullantıların və o cümlədən qida ilə qəbul etdiyimiz bir çox qatqılı konseragen maddələrin həyatımıza daxil olması, onkoloji xəstəliklərin də geniş vüsət almasına səbəb oldu.

XX əsrin aktual problemləri - kardiovaskulyar xəstəliklər, diabet, yüksək təzyiq və onkoloji problemlər. Bəs görəsən, XXI əsrdə bizi nə gözləyir ? Daha hansı xətəliklər vüsət alacaq. Həkimlərin proqnozlarına əsasən,

Şəhla Verdiyeva həkim:  ilk öncə elə XXI əsrin ilk 20 illiyində təəssüfki, bir pandemiya ilə qarşılaşdıq. Infeksion xəstəliklər böyük ehtimal bu əsr ərzində XXI əsrin sonuna qədər də heç tərk etməyəcək bizi. Yeni –yeni infeksiyalarla qarşılaşacağıq ki, tarix boyu hər zaman bu belə olub. Yeni bir hadisə deyil. Ikincisi, diabet daha geniş sürətlə artacaq. Çünki, hərəkətsizlik get-gedə artır və qidalanmamız daha qeyri-sağlam şəkil almağa başlayır. Daha karbohidratlarla və qatqılarla zəngin qidalanırıq. Kardiovaskulyar xəstəliklərin də gedişatında pozitiv – üzgüldürəcək nəticə gözləmir bizi. Böyük ehtimal yenə daha da xəstə sayının artmasını , onkoloji xəstəliklərində o cümlədən elə ekoloji şəraitlə və əgər diqqət etməsək konseragen maddələrə artımı bizi gözləyir. XXI əsr həm də bir çox yeni dəri problemləri ortaya çıxaracaq. Böyük ehtimal proqnozlaşdırılır.

Gündən-günə ekoloji şəraitin pisləşməsi, ultrabənövşəyi şüalarla daha çox kontaktda olmağımız elə əsrin əvvəlindən və XX əsrin sonundan dəri xərçəngi və bir çox dəri problemləri ilə başladı. Travmotoloji xəstəliklərin artacağı və nəticədə oturaq həyat tərzi  artıq çəkiyə, ostiartrit, qonartroz kimi xəstəliklərin daha da artımına səbəb olacaq - proqnoz belədir.