• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 713
— 03.07.2020 15:41

Göygölün bu küçəsində su yoxdur?

KepezTV Player

İsti yay günlərində vətəndaşların suya olan tələbatının artmasına baxmayaraq Göygöl rayonunun mərkəzində, daha dəqiq desək Səbuhi Hacıyev küçəsində su qıtlığı yaranıb. Sakinlərin sözlərinə görə artıq 15 günə yaxındır su sarıdan çətinlik çəkirlər. İlin bu vaxtında suyun nədən qeybə çəkilməsini əməkdaşımız Natiq Hüseyn araşdırıb.

İnterşum yayın gündür bu krandan daimi su gəlməlidir. İyul ayıdı bir damcı da olsun su gəlmir.

Səbuhi Hacıyev küçəsinin sakinləri deyir ki, son 2 həftə ərzində yalnız bir neçə gün, özü də gecə saatlarında 10-15 dəqiqəlik su görüblər. Onunla da suya olan tələbatın ödənilməsi mümkün deyil. Suyun olmaması ilə bağlı aidiyyatı qurumlara edilən müraciətlər isə cavabsız qalıb.

Xalidə Zeynalova sakin: Gecə saat 12-də mən nazirliyə zəng etdim. Bu vaxt deyir su içillər. Bəs suyu nə vaxt götürüm mən. 12-də gəlməsin səhər gəlməsin axşam gəlməsin. Bu saat nə vaxt veriləcək. Mənim əlimə iki vedra verin görək mən onu apara bilərəm. Bir məhlədə 14-16 ailə var.

Asif Musayev sakin: Aşağısı 15 gündür suyumuz yoxdur. Yayın günündə su gəlmir. Bilmirik nə edək neyniyək. Kimə mürcaiət edək. Axırda sizləri narahat etdik.

Sakinlərin sözlərinə görə, hər il yay mövsümündə su problemi yaşanır. Ancaq bu ilki qədər çətinlik olmayıb. Ümumiyyətlə, su qrafiklə verildiyindən suyun daimi mövcudluğundan söhbət belə gedə bilməz. Abonentlər belə deyir. Buna rəğmən işlətdikləri suya görə, ödənişləri də gecikmədən edirlər.

Bəxtiyar Cəfərov sakin: Suyumuz yaxşı gəlmir. Gələndə də zəif sızıntı gəlir. Yayın günüdü çətinlik yaranır.

Elşən Dursunov sakin: Xanlar rayonunun mərkəzində 5 küçədə demək olar su yoxdur. O kənar küçələrdə bəlkə də var. Amma burada fakt yoxdur. Regionaldan gəlib baxırlar. Nəyə baxırlar su gəlib anbarlar tam doludur. Amma su hara gedir.

“Azərsu”nun yerli nümayəndəliyində isə isə sakinlərin iddiaları ilə razılaşmırlar. Göygöl Su-Kanal sahəsindən, yaranan vəziyyəti su çənlərinin hündürdə yerləşməsi ilə əlaqələndiriblər.   

Anar Seyfi 7 nömrəli Su-kanal İdarəsinin şöbə rəisi: Abonentlərin bizdən tələbi odur ki biz matorsuz 8 metr və yaxud da 7 metr hündürlüyündə olan ehtiyyat çənə su dolduraq. Deyirlər biz mator işlədəndə işıq pulu ödəyirik. Ona görə də deyirlər sizin borcunuzdu bizim ehtiyat çənimizi doldurasız. O da yay müövsümü ilə əlaqədər təlabat çox olduğundan qeyri mümkündür.

Maraqlı odur ki, xəttə olmayan suyu sakinlər çənə necə vura bilər. Bununla belə, Azərsu rəsmisi həmin küçəyə nəzarətin gücləndirləciyini sözlərinə əlavə edib.

Natiq Hüseyn