• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2398
— 03.07.2020 12:01

"SMS" icazə tətbiq olunan rayonların sayı artırıldı

KepezTV Player

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 5 iyul səhər saat 6-dan 20 iyul səhər saat 6-dək uzadılıb.4 iyul gecə saat 12-dən 6 iyul səhər saat 6-dək adıçəkilən şəhər və rayonlarda bütün ictimai nəqliyyatın hərəkəti dayandırılır. 11-13 iyul, eyni zamanda 18-20 iyul tarixlərində də həmin qayda keçərlidir. Bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Ərzaq mağazaları və apteklər istisna olmaqla iş və xidmət sahələri üzrə fəaliyyətə icazə verilmir. Şəxs yaşayış yerini və olduğu yeri SMS icazə və “E-Təbib” mobil tətbiqi vasitəsilə yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər.