• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 745
— 02.07.2020 19:39

Qaz balonu partladı, ev yandı

KepezTV Player

Gəncədə fərdi yaşayış evində yanğın hadisəsi baş verib. Olay şəhərin Kimyaçılar bağ massivi, üçxoz arxı ev 2-də qeydə alınıb. 42 yaşlı Surxay Abbasova məxsus yarımtikilidə qaz balonunun partlaması nəticəsində evi alov bürüyüb. 30 kv metr sahədə evin yanar konstruksiyaları, soyuducu, stol, stul, televizor və çarpayı yanaraq yarasız hala düşüb. Hadisə yerinə iki yanğınsöndürən cəlb olunub və alovun ətraf tikililərə keçməsinin qarşısı alınıb.