• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1607
— 02.07.2020 20:26

“Dostunu göstər, deyim kimsən”

KepezTV Player

Deyirlər - “Dostunu göstər,  deyim kimsən”. Bəli, insanın dost seçimi onun barəsində çox şey deyə bilər. Daha doğrusu vaxtilə belə idi. İndi isə hətta heç vaxt bir-birini görməyən adamlar da dost ola bilərlər. Belə ki, 21-ci əsri ilk növbədə internetə görə sərhədsiz imkanları olan dövr adlandırırlar. Məhz internet dünyanın bir nöqtəsindən istənilən digər nöqtəsi ilə real rejimdə ünsiyyət qurmağa, başqa ölkələrdə biznes yaratmağa, informasiya mübadiləsi aparmağa, alış-veriş etməyə, distant təhsil almağa, hətta tibbi diaqnoz qoymağa  imkan verir. Görəsən indi internetdən istifadə dostluq münasibətimizə necə təsir edir ?

Əvvəl insanlar sosial şəbəkələrə gününün müəyyən bir qismində girirdisə, indi boş zamanları çox olduğu üçün məqsədsiz bir şəkildə internetdən rahatlıqla istifadə edirlər. Sanki, həyatın hər bir tərəflərindən doymuş və yeni bir tanışlıqlar, dostluqlar axtarmağa -  həyatlarına yeni rəng qatmağa çalışırlar.

Taciyə Mehdisoy psixoloq: Belə olan halda onların həyatının məqsədi yeni rəngdir, doğru olan rəng yox. Yeni rəng olduğu üçün onlar yalnış seçim edə bilərlər. əgər biz düşünsək ki, bu dövrümüzdən istifadə edib. Doğru rəng seçməliyik, doğru dost seçməliyik o zaman bizim seçimimiz dəyişmiş olacaq. Həm də biz artıq dostluqlara münasibətlərə ac olmamalıyıq. Çünki, müəyyən yaş dövrünə kimi bizim ətrafımızda insanlar olub. Biz o insanlarla ən doğru münasibətləri qurmuşuq və yaxud qurmalı idik. Biz hər bir şeydə hisslərimizlə tanıyıb insanları, amma ən doğru qərarı ağıl ilə verməliyik.

Hazırda karantin dönəmində olduğumuzdan elə gənclərin də böyük əksəriyyəti vaxtının çoxunu internetdə keçirir. Ordan qazandığımızın dostların bizə təsiri necədir ? Real dostluqla virtual dostluq arasında nə fərq var?

Sizcə real həyatdakı dostluqla virtual dostluq arasında nə fərq var?

Psixoloqların fikrincə, dost seçəndə insanın öz maraq və meylləri ilə yanaşması daha vacib sayılır.

Taciyə Mehdisoy psixoloq: Ortaq dost olanların ortaq düşüncələri olmalıdır ki, onlar hansısa bir mövzularda bir-biri ilə fikir mübadiləsi etməyi bacarsınlar. əgər tamamilə xarakterimizdə yad olan bir insanlardırsa, bir müddət sonra bizim dostluğumuzda artıq parçalanma və qırılma baş vermiş olacaq.

Hər bir şeydən düzgün istifadə etmək fayda gətirdiyi kimi evdə qalmaqdan və eyni zamanda sosial şəbəkələrdən düzgün istifadə etmək bizim münasibətimizə - səhhətimizə, ümumilikdə həyatımıza doğru təsir edəcək.