• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2419
— 02.07.2020 20:18

İcra başçısı polis rəisi ilə birgə reyddə

KepezTV Player

Gəncədə sərt karantin rejimi ilə əlaqədar növbəti reyd təşkil edilib. Reyddə icra başçısı və polis rəisi şəhərin müxtəlif ərazilərində yerləşən və fəaliyyətinə icazə verilən obyektlərdə, eləcə də nəqliyyat vasitələrində olublar.

Reyddə ilk olaraq avtobuslar və taksilərə baxış keçirilib. Sürücülərə maska taxmayan sərnişinləri avtobuslara buraxmamaq tapşırılıb, taksilərdə isə arakəsmələrin olmasının vacibliyi izah olunub.

Daha sonra yoxlamalar marketlərdə davam edib. Mağazaların rəhbərliyinə maskadan istifadə etməyən müştəriləri içəri buraxdıqları və daxili natəmiz saxladıqları üçün irad tutulub.

Reyddə fəaliyyətinə icazə verilən bankların nümayəndələri qarşısında tələblər qoyulub. Bankların önündə növbə gözləyən insanların infeksiyadan qorunması üçün ara məsafəsi gözlənilməklə oturacaqla təmin olunması və bankomatların mütəmadi olaraq dezinfeksiya edilməsi tapşırılıb.

Reyd zamanı karatin boyu çiyinlərinə büyük yük düşən və bu gün peşə bayramını qeyd edən polislərə təbrik də ünvanlanıb. Bu aptekdə vəziyyətlə tanışlıq zamanı baş verib.

Bu cür reydlər qarşıdakı günlərdə də davam etdiriləcək.