• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1590
— 02.07.2020 16:39

Azərbaycan polisi 102 yaşını qeyd edir

KepezTV Player

2 iyul polis işçilərinin peşə bayramı günüdür. Bu il digər peşə sahibləri kimi polislər də öz bayramlarını xidmət başında bir-birlərini təbrik etməklə qeyd edirlər. Səbəb dünyada tüğyan edən pandemiyadır. O pandemiya ki, asayiş keşikçilərini aylardır gecəsini-gündüzə qatmağa vadar edib.

102 yaşlı Azərbaycan Polisi Pandemiya ilə əlaqədər gücləndirilmiş iş şəraitində çalışır. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları da Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə öz həyatlarını təhlükəyə ataraq virusa yoluxmanın qarşısını almaq üçün mübarizə aparırlar, karantin rejiminə riayət olunmasına nəzarət edirlər.

Bu gün onlar gözəgörünməz düşmənlə savaşda ön cəbhədədirlər – aylardır ki, gecə-gündüz, istirahət bilmədən, ailələrindən və övladlarından kənarda  xidmət başındadırlar, koronavirus bəlasının millətin başının üstündən bir kabus kimi birdəfəlik çəkilməsi üçün canla-başla xidmət göstərirlər.

Eşqin Qasımov DİN-nin mətbuat xidmətinin əməkdaşı: Bizim əsas məqsəd hazırda görünməz düşmənimiz olan koronovirus pandemiyasını məğlub etməkdir. Ondan sonra polis əməkdaşları daha ürəklə daha səmiliklə öz peşə bayramlarını qeyd edəcəklər. İnanıram ki növbəti peşə bayramında artıq hər hansı bir sosial məsafə olmadan tibbi maskadan istifadə etmədən sağlam və rahatlıq biz öz peşə bayarmımızı qeyd edəcəyik.

Ötən müddət ərzində əhali arasında təbliğat işlərini gücləndirən polis əməkdaşları bir sıra xeyriyyə tədbirləri ilə yadda qalıblar. Karantin rejiminin  ilk günlərində ehtiyacı olan ailələrə ərzaq yardımından tutmuş dərman vasitələrinə kimi ünvanlara çatdırıblar.

Eşqin Qasımov DİN-nin mətbuat xidmətinin əməkdaşı: Polis əməkdaşlarının xidməti vəzifəsi cinayətkarlıqla mübarizə və asayişin qorunması olsada pandemiya ilə bağlı sosial bəzi sosial çətinliklər yarandığından polis əməkdaşları bu gün Gəncə şəhərində aztəminatlı ailələri müəyənləşdirib onlara vaxtaşırı ərzaqla köməklik göstərilib. Belə ailələrin digər sosial problemlərinin aradan qaldırılamsı üçün əllərində gəlini əsirgəmirlər. Bundan sonrada aidiyyatı tədbirlər görüləcəkdir.

Polislər bu gün də iş başındadırlar. Harada təhlükə, risk, ölümlə çarpışma varsa, orada polisimizi görürük.

Natiq Hüseyn