• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1271
— 02.07.2020 12:21

DYP: Polis postlarının götürülməsindən sui-istifadə edilməməlidir

KepezTV Player

Bakı və bakıətrafı ərazilərdə polis karantin postlarının götürülməsində sui-istifadə hallarına yol verilməməlidir.Bunu Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Postların götürülməsində istifadə edib icazəsiz evdən çıxanlar qanunvericiliyin tələblərinə uyğun aşkarlanaraq məsuliyyətə cəlb ediləcək: "H hər kəs sərtləşdirilmiş karantin rejiminə ciddi riayət eləsin. "Sms icazə”si olmayanlar çölə çıxmasın, yaşayış yerini tərk etməsinlər. Kimsə icazə portalında qeydə alınıbsa, ondan təyinatı üzrə istifadə eləsin.İnsanların təcrid olunması, təmasın azaldılması vətəndaşlarımızın sağlamlığı ilə bağlıdır. Karantin qaydalarını pozan şəxslər aşkarlanarsa, həmin şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görüləcək” deyə Kamran Əliyev bildirib.