• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 01.07.2020 20:17

Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanıldı

KepezTV Player

Gəncədə piyadanı vuraraq qaçan şəxs saxlanılıb. Belə ki, iyunun 19-da Yeni Gəncə yaşayış massivi, 28 May küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən Daşkəsən rayon sakini Cəfərov vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilib.Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol qəzasını törədərək hadisə yerindən yayınmaqda şübhəli bilinən “Nissan” markalı avtomobilin sürücüsü, Gəncə şəhər sakini R.Qasımov yaxalanıb.