• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1042
— 01.07.2020 20:37

Xəstəliklər zamanı həkim seçimi

KepezTV Player

Deyirlər, can sağlığını pulla almaq mümkün deyil. Amma hazırda sağlamlıq və müalicə dünyada ən bahalı nemət hesab olunur. Biz narahatlıq hiss edəndə - xəstələnən kimi həkim axtarırıq. Bəs görəsən, xəstəliklər zamanı doğru həkimi seçə bilirikmi?

Bəzən səhhətimizdə müəyyən bir şikayətlər yarananda dərhal terapevtə müraciətin doğru olduğunu düşünürük. Lakin bəzi hallarda ixtisas sahibinə deyil, tamamilə qeyri-ixtisas sahiblərinə müraciət etmək kimi bir durum meydana çıxır. Görmə qabiliyyətindəki pozğunluqlar - oftalmoloqlara, dəridəki problemlərin həlli üçün isə dermatoloqlara müraciət olunması gərəkdiyini bilirik. Amma bəzi şikayətlər həddən artıq qeyri-spesifik ola bilər. Məsələn, ümumi halsızlıq, yorğunluq kimi şikayətlər varsa da, yüksək temperatur zamanı kimə müraciət etməliyəm ? sualı meydana çıxır.

Ümumi halsızlıq, yorğunluq kimi şikayətlər varsa hansı həkimə müraciət edirsiz ?

Ağrı hiss edən zaman mütəxəssisə müraciət etməli, problemin kökündə dayananın nə olduğunu araşdırmalı və ən əsası doğru şəkildə müalicə olunmalıyıq. Lakin yenə də unutmaq olmaz ki, heç kim heç nədən sığortalanmayıb.

Şəhla Verdiyeva terapevt:“Son zaman bu pandemiya dövründə müraciət edən şəxslər bu hallarda infeksionistlər və pulmonoloqlar olur. Bu yalnış bir seçim olur. Çünki, hər temperaturun səbəbi pulmonoloji deyil yəni ağciyərə yaxud bronxlara, infeksion xəstəliklərə bağlı deyil.  Bir temperaturu törədən yüzlərlə səbəb ola bilər. Endokrin problemlərdən tutmuş, rematoloji problemlərə qədər. Bu zaman ən düzgünü öz sahəmizin terapevtinə müraciət etmək lazımdır. Ümumi müayinədən sonra, əgər ehtiyyac bilinərsə, xüsusi dar sahələrə, ixtisas sahiblərinə yönləndirmələr olmalıdır.”

Məhz elə bu səbəbdən maksimum dərəcədə ehtyatlı olub, özümüz – özümüzə, səhhətimizə, həyat tərzimizə, xüsusən qida rejimimizə ciddi nəzarət etməliyik. Çünki, necə deyərlər, sağlamlıq hər şey deyil, amma sağlamlıq olmadan hər şey bir heç.