• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1616
— 01.07.2020 11:21

Qazaxda tibbi maskadan istifadə etməyənlər cərimələnib

KepezTV Player

Qazaxda ictimai nəqliyyatda karantin qaydalarını pozan şəxslər inzibati məlusiyyətə cəlb olunub. Yoxlamalar zamanı piyadalar da cərimədən yaxa qurtara bilməyiblər. Əməkdaşlarımız da ölkənin qərb qapısı sayılan rayonda reallaşdırılan reyddə iştirak edib.  

Sanitar-karantin rejiminin tələblərinin yerinə yetirilməsinə nəzarət etmək məqsədilə Qazax rayon Polis Şöbəsinin əməkdaşları gücləndirilmiş iş rejimində xidmət aparır. Sakinlərlə profilaktik söhbətlər edilir, evdə qalmaq, zəruri hallarda evdən çıxdıqda isə tibbi maska, əlcək və dezinfeksiyaedici vasitələrdən istifadə etmək tövsiyyə olunur. Lakin görünən odur ki, sakinlər arasında karantin rejiminin tələblərinə biganə yanaşanlar var.  

Rayonun Yol Polisi isə hərəkətin intensivliyi müşahidə edilən yollarda, dayanacaqlarda, sərnişindaşıma ilə məşğul olan nəqliyyat vasitələrində maariflədirici söhbətlər aparır. Karantin-sanitar rejim qaydalarına riayət və  tibbi maska taxmaq tövsiyyə olunur. Olmayanlara maskalar paylanılır.

Edilən xəbərdarlıqlara baxmayaraq, tibbi maskadan istifadə etməyən şəxslər barəsində inzibati qaydada tədbirlər görülür.

Şakir Rüstəmov Qazax RPŞ-nin rəis müavini: Çox xoş haldır keçirilən tədbirlərin müsbət nəticəsi əldə olunub. Buna baxmayaraq təəssüf edirəm ki, karantin qaydalarını pozan sakinlərimizə də rast gəlinir. Tədbirlərin keçirilməsində məqsəd vətəndaşların tibbi maskadan istifadə edilməsini təmin etməkdir.

Qazax rayon polis şöbəsinin əməkdaşları nəqliyyat departamentinin müfəttişləri ilə birlikdə bu istiqamətdə tədbirlərini davam etdirir.

Natiq Hüseyn