• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1669
— 01.07.2020 11:15

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

KepezTV Player

Azərbaycanda çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb. 2002-ci ildə doğulan və çağırış gününədək 18 yaşı tamam olan, habelə 1985–2001-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməyən, çağırışdan möhlət hüququ olmayan və ya çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə yola salınacaqlar.