• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 787
— 30.06.2020 20:02

İdmançılar üçün həkim məsləhəti

KepezTV Player

Koronavirus pandemiyası ilə bağlı yaranan mövcud vəziyyətdə və isti yay günlərində idmançılar daha diqqətli olmalı, məşq edərkən sağlamlıqlarına ciddi şəkildə fikir verməlidirlər. Əks halda bu, acı nəticələrə gətirib çıxara bilər.

Hazırkı şəraitdə müəyyən növlər üzrə yığma komandaların üzvlərini çıxmaq şərtilə əksər idmançılar üçün məşq zalları bağlıdır. Məşqçilərdən də uzaq düşən idmançılar belə də evdə fərdi halda hazırlıq keçməyə məcbur olublar. Amma bu zaman müəyyən tələbləri gözləmək mütləqdir. Həkim Xətai Hüseynovun sözlərinə görə, ilk növbədə əsas olan virusdan qorunmaq, sanitar gigyenik qaydaları əməl etməkdir. Vacib olan digər məqam məşq etdikdən sonra bərpa olunmaqdır.

Məşq dövründə bədənin su, duz, vitamin, mineral itgisi zamanı yorğunluq yaranır və bu, əzələ sisteminə təsirsiz ötüşmür. Həkimin bildirdiyinə əsasə deyə bilərik ki, əzələ idmanda əsas diqqət edilməli olan faktordur. Əzələləri qorumaq, fiziki yükləməni tənzimləmək və ona qulluq etmək lazımdır.

Xətai Hüseynov əzələ bərpası zamanı kimyəvi preparatlara üstünlük verilməyin də əleyhinədir. O, təbii yollarla bunun öhdəsindən gəlməyin mükünlüyünü vurğulayıb.