• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1169
— 30.06.2020 20:14

Sərt karantin rejimi daha iki həftə uzadıla bilər

KepezTV Player

Azərbaycanda 556 koronavirus infeksiyasına yeni yoluxma faktı qeydə alınıb, 346 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. 7 nəfər virusdan dünyasını dəyişib. Rəqəmlər Operativ Qərargahın bugünkü brifinqində açıqlanıb. Xüsusi karantin rejiminin uzadılacağının anonsu da verilib.

Xaricdə olan Azərbaycan vətəndaşlarının ölkəyə gətirilməsi məsələsinə gəlincə, Hikmət Hacıyev vurğulayıb ki, Bakı-İstanbul-Bakı çarter reysləri yerinə yetirilir, bu uçuşlarda tələbələrə 30 faiz güzəşt olunur. Digər istiqamətlər üzrə də çarter reyslərinin təşkili nəzərdən keçirilir.

Səhiyyə Nazirliyinin aparat rəhbəri Nadir Zeynalov isə simptomsuz, vəziyyəti yüngül olan xəstələrin evdə müalicəsi və dərmanla təminatı məsələsinə aydınlıq gətirib.

Nadir Zeynalov deyib ki, indiyədək simptomu olan xəstələr COVİD-19 testi vermək və ya xəstəxanaya çatdırılmaq üçün təcili tibbi yardıma müraciət ediblər. İndi isə bunun tətbiq edilcəyi ardıcıllıq dəyişdirilib.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayevanın sözlərinə görə, koronaviruslu xəstələrin aşkarlanması üçün laborator imkanların genişləndirilməsi məqsədilə yaxın günlərdə ölkəyə yeni avadanlıqlar gətiriləcək. Qarayeva tətbiq edilən karantin rejiminin nəticə verdiyini də vurğulayıb. Onun sözlərinə görə, yoluxma sabitləşib, bundan əlavə, karantin rejimi xəstəxanalarda palata sayını nizamlamağa imkan verir, həmçinin xəstəliyin yoluxma səviyyəsinin iki dəfə artmasının qarşısını alır. Yaqut Qarayeva onu da diqqətə çatdırıb ki, testlərin nəticələri artıq vətəndaşlara SMS-lə göndərilməyəcək.

Prezidentin köməkçisi Hikmət Haciyev vurğulayıb ki, gündəlik 7-8 min nəfər test edilə bilər. Azərbaycanda bütün rəqəmlər şəffaf xarakter daşıyır. Bu, onun göstəricisidir ki, dövlət və vətəndaş arasında etimadlı dialoq var.