• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1215
— 26.06.2020 19:40

AZAL Bakı-İstanbul-Bakı reysi üzrə aviabilet satışına başlayıb

KepezTV Player

Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı başlanıb. “Azərbaycan Hava Yolları” QSC-nin məlumatına görə, iyulun 2-dən avqusutun 29-dək AZAL həftədə iki dəfə - cümə axşamı və şənbə günləri Bakı və İstanbul arasında uçuşlar həyata keçirəcək. İyulun 1-dən etibarən "Türk Hava Yolları" da Bakı və İstanbul arasında həftədə iki dəfə - çərşənbə və cümə günləri uçuşlar yerinə yetirəcək. Beləliklə, Bakı və İstanbul arasında xüsusi aviareyslərin sayı həftədə dörd dəfəyədək artırılacaq. Bunun sayəsində tələbələrin və vətəndaşların digər ölkələrdən İstanbul üzərindən tranzit keçməklə Azərbaycana qayıtması üçün imkan yaranacaq.