• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1762
— 25.06.2020 20:31

Azərkosmos Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində yanğınlar törətdiyini müəyyən edib

KepezTV Player

Xarici İşlər Nazirliyi  və “Azərkosmos” ASC Azərbaycanın işğal altında olan ərazilərində törədilən yanğınların “Azersky” peyki vasitəsilə monitorinqinə dair birgə açıqlama yayıb. “Azərkosmos”un “Azersky” peyki vasitəsilə bu ilin iyun ayı ərzində Azərbaycanın işğal altında olan ərazilərində Ermənistan tərəfindən törədilən yanğınların monitorinqi nəticəsində alınan təsvirlərin təhlilinə əsasən,Tərtər rayonunun işğal altında olan, Ermənistanın mövqeləri istiqamətində təmas xəttinə yaxın Göyarx kəndi və kəndin yaxın ətrafında yanğınlar törədilib.“Bu günədək əldə olunan peyk təsvirlərinin analizinə əsasən sözügedən ərazidə törədilən yanğınlar 866 hektar sahəni əhatə edir. Həmçinin, cari ilin iyun ayının əvvəlindən bu günə qədər Azərbaycanın işğal altında olan Ağdamın Xıdırlı, Seyidli, Sarıcalı və Yusifcanlı yaşayış məntəqələri, Xocavəndin Muğanlı yaşayış məntəqəsi, Füzulinin Aşağı Veysəlli, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Əbdürrəhmanlı və Horadiz yaşayış məntəqələri ətrafında geniş miqyaslı yanğınların törədildiyi müşahidə olunub. Ermənistan tərəfinin törətdiyi bu ekoloji terror nəticəsində yanğının yayılma sahəsi 2422 hektara çatıb.