• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1332
— 25.06.2020 12:04

Yeni yaşayış kompleksi və aqropark

KepezTV Player

Ötən gün Prezident İlham Əliyev Samux rayonuna da səfər edib. Dövlət başçısı rayon ərazisində məcburi köçkün ailələri üçün inşa edilən yaşayış kompleksinin tikintisi ilə tanış olub. Kompleksə hər biri dördmərtəbəli olmaqla 9 yaşayış binası daxildir. Hər bir mənzilin tam təmirli vəziyyətdə məcburi köçkünlərə təhvil verilməsi nəzərdə tutulub.

Dövlət başçısı Samuxdakı “Aqro Dairy” MMC-nin aqroparkının fəaliyyəti ilə də tanış olub.2019-cu ilin payızında 2 423 hektar sahədə buğda və 222 hektar sahədə arpa əkilib. Bu ilin yazında 74 hektar sahədə şəkər çuğunduru əkilib və taxıl biçini aparılan ərazilərdə qarğıdalı əkini nəzərdə tutulub.