• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2384
— 24.06.2020 19:47

"Turan Tovuz"a medal veriləcək

KepezTV Player

Koronavirus pandemiyasına görə Azərbaycanın futbol təsərrüfatında müxtəlif əhəmiyyəti bütün yarışlar vaxtından əvvəl dayandırıldı. Mövcud duruma uyğun olaraq Premyer Liqada “Qarabağ”, I Divizionda isə “Turan Tovuz” çempion elan edildi. Ötən həftə Ağdam klubuna qızıl medallar və çempion kuboku təqdim olundu. Bəs görəsən, qərb təmsilçisi də mükafatlandırlacaq?

Bu suala aydınlıq gətirmək üçün “Turan Tovuz” ilə əlaqə saxladıq. Klubun rəsmi mövqeyini ortaya qoyan mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyev çəkilən əziyyətin qarşılığı olaraq görə komandaya layiq olduğu medalların veriləcəyini bildirdi.

Komanda medalların təqdim olunması ilə bağlı bir neçə variant var. Pandemiyaya görə təqdimat mərasimi Tovuzda deyil, Bakıda dar çevrədə keçirilə bilər.

7 ildir ki, aşağı liqada mübarizə aparan “Turan Tovuz” ikinci dəfə I Divizionun qalibi olur. Amma maliyyə məsələlərinə görə komanda elitaya çıxa bilməyəcək.