• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1489
— 24.06.2020 19:29

Hava əhvalınızı dəyişməsin

KepezTV Player

Araşdırmalar nəticəsində sübut olunub ki, günəşin az-az göründüyü şimal ölkələrində insanlarda depressiya halları daha çox olur. Bu baxımdan bizim bəxtimiz gətirib. Azərbaycanda günəşli günlərin sayı qat-qat çoxdur. Deməli əhvalımızın korlanması üçün də ciddi bir səbəb yoxdur. Amma istənilən halda, hava proqnozu öncədən verilir ki, planlarımızı ona uyğun, eyni zamanda düzgün quraq. Havanın sağlamlığımıza təsiri necədir ?
Bir çoxlarının, xüsusilə azyaşlıların ən sevimli fəsli olan – yayı yaşayırıq. Havaların hərarəti yüksəldiyindən bəzi adamlar istilərdən şikayət edir. Özü də bu, çox vaxt qışda soyuqdan gileylənən insanlar olur. Havaların insanların əhvalına təsiri haqda çox danışılır. Bəs bu təsir nə dərəcədə güclüdür?

İstənilən hava şəraitinə qarşı hazırlıqlı olmağımız isə bizim üçün faydalıdır. Çünki, onun psixologiyamız qədər, orqanizmimizə də təsiri böyükdür.

Dəfələrlə öz təsdiqini tapan bir fakt da var ki, hava necə olursa-olsun, fərq etməz, əgər əhval-ruhiyyə gözəldirsə, hətta ən zəif, yaşlı adamlar da özlərini yaxşı hiss edirlər. Odur ki, çalışın əhvalınızı heç nə korlamasın.