• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2569
— 24.06.2020 20:08

Gəncədə icazəsiz çölə çıxanlar cərimələnir

KepezTV Player

Gəncədə sərtləşdirilən karantin rejiminin təlbələrinə nəzarət gücləndirilib. Şəhərin müxtəlif ərazilərində qurulan polis postlarında ciddi yoxlamalar aparılır. İcazəsi olmadan çölə çıxanlar cərimlənir.

Şəhərin Şah İsmayıl Xətai prospektində aparılan yoxlamalar. Baş Polis İdarəsinin əməkdaşları Daxili Qoşunların şəxsi heyəti ilə birlikdə karantin rejimi dövründə xüsusi icazəsi olmadan çölə çıxan sürücü və sərnişinləri sənədlərini yoxlayır. Bundan başqa ictimai nəqliyyatda maskadan istifadə etməyən vətəndaşlarla maarifləndirici söhbətlər aparılır.

Yoxlamalar zamanı oturacaq sayından artıq sərnişin daşıyan sürücülər də diqqət mərkəzində olub. Şəhərin əsas küçə və prospektində ən qısa intervalla hərəkətdə olan 2 nömrəli marşrutda normadan artıq sərnişinin daşınması polisin  gözündən yayınmayıb. Belə sürücülər barəsində qanuna müvafiq tədbir görülüb.

Gəncə şəhər Baş Polis İdarəsindən bu kimi yoxlamalarin davam etdiriləcəyi açıqlanıb. Odur ki, vətəndaşlara qaydalara əməl etmək tövsiyyə olunur.

 

Natiq Hüseyn