• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2610
— 24.06.2020 19:58

Prezident və birinci xanım Gəncədə bir sıra obyektlərin açılışında iştirak ediblər

KepezTV Player

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Gəncə şəhərinə səfərə gəliblər. Ümummilli lider Heydər Əliyevin Gəncə şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.**Daha sonra süni mərmər və qranit istehsalı zavodunun açılışında iştirak ediblər.**Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən inşa edilən yaşayış kompleksinin, Gəncə Dövlət Dram Teatrının yeni binasının, Gəncə İdman Sarayının tikintisi ilə də tanışlıq olub.

Modul tipli xəstəxananın açılışında dövlət başçısı və birinci xanım bir qrup tibb işçisi ilə görüşüblər.

Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi, M.A.Abbaszadə küçəsində Gəncəçay çayı üzərindəki körpü bərpadan sonra istifadəyə verilib.**Prezidemt və birinci xanım Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusunun açılışında iştirak ediblər, yaradılan şəraitlə tanış olublar.