• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2012
— 24.06.2020 12:10

Azərbaycan hərbçiləri Moskvadakı paradda iştirak ediblər

KepezTV Player

Azərbaycan hərbçiləri Rusiyanın paytaxtı Moskvada Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda iştirak ediblər. Moskvada İkinci dünya müharibəsində qələbənin 75-ci ildönümü ilə əlaqədar keçirilən paradda 15 min hərbçi, 234 ədəd hərbi texnika, 80 təyyarə və helikopter iştirak edir. Parada Azərbaycanla yanaşı, Belarus, Ermənistan, Hindistan, Qazaxıstan və ölkələrin hərbçiləri qatılıblar. Hərbi parad ənənəvi olaraq 9 may - Qələbə günündə keçirilsə də, bu il koronavirus pandemiyası ilə əlaqədar vaxtı dəyişib.