• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1773
— 23.06.2020 20:56

Ölkədə məşhur olan Slavyanka kələmi

KepezTV Player

Aqrar rayon olan Gədəbəydə kartof və taxıldan sonra ən çox əkilən bitki kələmdir. Yazlıq əkin üçün sahələrdə şitili torpağa basdırılan bu bitki ölkədə məşhurluğu ilə ad çıxarıb. Ətraflı qarşıdakı süjetdə.

Kələmçilik Gədəbəydə ənənəvi kənd təsərrüfatı sahələrindən hesab olunur. Yaxşı gəlir gətirdiyi üçün bu bitki daha çox ərazilərdə əkilir.

Az xərc tələb etdiyinə görə fermerlər bu sahəyə maraq göstərirlər. Əsasən rayonun Slavyanka kəndində becərilən kələm digər rayonlardakılardan öz xüsusiyyətlərinə görə fərqlənir. Bu bitkinin  becərilməsi də başqa tərəvəzlərdən fərqlənir.

Zülfüqar Məmmədəliyev fermer:Bunu digər tərəvəzlərdən fərqləndirən odur ki, kələmin toxumu birbaşa yerə səpilmir. Toxum parniklərdə əkilir. Bir qədər boy atdıqdan sonra ştillənir. Ştil torpağa əkildikdən sonra özünə gələnə qədər 10-15 sulanmalıdır.

Bu il 2 hektara yaxın ərazidə kələm əkən Zülfüqar Məmmədəliyev məhsuldarlığın hava şəraitindən asılı olacağını deyib. O, bunu bitkinin əsasən dəmyə ərazilərdə becərilməsi ilə əlaqələndirib. Fermer məişətdə çox istifadə olunan kələmin faydaları haqda danışıb.

Zülfüqar Məmmədəliyev fermer:Kələmin tərkibində kalsium, vitamin çoxdu. Burada da kələm də dəmyə şəraitdə yetişdirilir. Buna demək olar ki, heç bir dərman, gübrə vurulmur. Təbii şəkildə yetişdiyi üçün orqanizm üçün də çox faydalıdır. Qan təzyiqinə, şəkərə, uşaqların sümüklərinin möhkənlənməsinə xeyirdir.

Cari il bütün ölkədə dövlət tərəfindən subsidiyalaşma mexanizmində dəyişiklik edilib. Artıq elektron formada həyata keçirilən subsidiyaların verilməsindən gədəbəyli fermerlər də yararlanırlar. Eləcə də kələm əkənlər.

Asəf Nağıyev Gədəbəy DAİM-nin direktoru: 27 iyun 2019-cu il tarixdə aqrar sahədə yeni subsidiya mezanizmi haqda fərmanına uyğun olaraq 2020-ci ildən başlayaraq aprar sahəyə yeni subsidiya verilməyə başlanmışdır. Bu ildən subsidiya elektron qaydada həyata keçirilir. Hər hektara 240 manat subsidiya hesablanıb, aqrokartlar vasitəsilə verilir. Fermerlər bunun 25 faizini nağd alırlar, 75 faizi isə gübrə və pestisitlərə görə istifadə edirlər.

Gədəbəydə kələmin yığılmasına avqustun əvvəlindən başlanılacaq. 2020-ci ildə rayonda bu tərəvəz 200 hektara yaxın ərazidə əkilib.