• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 896
— 23.06.2020 16:30

SMS-icazədə kodlarla bağlı məhdudiyyətlər tətbiq edilə bilər

KepezTV Player

Aparılan araşdırmalar nəticəsində müəyyən edilib ki, vətəndaşlar tərəfindən 8103 SMS icazə sistemində sui-istifadə hallarına yol verilir.Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatında vurğulanır ki,bəzi vətəndaşların sistem vasitəsi ilə “1” kodu üzrə müalicə almaqla əlaqədar göndərdikləri müraciətlərini bu hal üzrə deyil, digər, aidiyyəti olmayan məqsədlər üçün istifadə etdikləri müəyyən edilib. Cəmi 2 gün ərzində bu koddan 129 min 763 şəxs istifadə edib.Bir daha diqqətə çatdırılır ki, 1 kodu təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədardır.Vətəndaşlar bu kimi hallara yol verməməyə çağırılırlar. Əks halda bu hallar xüsusi karantin rejiminin tələblərinin pozulması deməkdir və kodlarla bağlı müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.