• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2048
— 23.06.2020 16:27

Ölkə üzrə koronavirusa yoluxma faizi açıqlanıb

KepezTV Player

Azərbaycanın rayonları üzrə koronavirusa yoluxma faizi açıqlanıb, - Gəncə-Qazax zonasında vəziyyət yaxşılaşıb. Bakıda yoluxma halları artaraq 52.0 faiz olub. Abşeron 15.3 faizlik göstərici ilə ikinci yerdədir. Gəncə-Qazax bölgəsi isə 10.3 faiz yoluxma ilə ikincilikdən üçüncü yerə düşüb. Yoluxma halları Aranda 8.1 faiz, Lənkəranda 6.4 faiz, Quba-Xaçmazda 1.7 faiz, Şəki-Zaqatalada 1.5 faiz, Yuxarı Qarabağda 1.2 faiz, Dağlıq Şirvanda 1.5 faiz təşkil edib. Yoluxanların 54 faizi qadın, 46 faizi kişidir. İndiyədək ölkədə ümumilikdə 13 207 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7168 nəfər müalicə olunaraq sağalıb, 161 nəfər vəfat edib, 5878 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.