• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 23.06.2020 16:27

HHQ-nin cəbhəboyu zonada yerləşən növbəti hərbi hissəsinin açılışı olub

KepezTV Player

Hərbi Hava Qüvvələrinin cəbhəboyu zonada yerləşən yeni inşa edilən növbəti hərbi hissəsinin açılışı olub. HHQ rəhbərliyi ərazidəki qərargah binası, əsgər yataqxanası, tibb məntəqəsi, yeməkxana, sinif otaqları, ərzaq və əşya anbarı, qazanxana, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib. Vurğulanıb ki, yeni hərbi hissədə yaradılan şərait HHQ-nin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək və döyüş növbətçiliyinin daha da keyfiyyətli aparılmasını təmin edəcək.