• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2280
— 23.06.2020 12:01

Karantin dövründə daha çox nikahın qeydə alındığı rayonlar

KepezTV Player

Cari ilin may ayında qeydiyyat orqanlarında 1 615 nikah qeydə alınıb.Ədliyyə Nazirliyinin məlumatına görə, nikah daha çox nazirliyin Şəmkir, Tovuz və Beyləqan rayonlarında, habelə Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələrində qeydə alınıb. Mayda 12 558 körpə doğulub. Doğum halları daha çox nazirliyin Cəlilabad, Şəmkir və Lənkəran rayonlarında, habelə Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən qeydiyyat şöbələrində qeydə alınıb.