• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1388
— 22.06.2020 19:54

Peşəkar kikboksinqçi Rusiyadakı idman vəziyyətini dəyərləndirdi

KepezTV Player

Azərbaycanın hüdudlarından kənarda yaşayan və yaşadığı ölkədə idman fəaliyyətini davam etdirən xeyli sayda həmyerlimiz var. Koronavirus pandemiyasına görə dünyadakı mövcud vəziyyətə uyğun olaraq onlar da hazırda böyük idmansız qalıblar. Belə idmançılardan biri də Elnur Dəryagirdir.

Elnur Dəryagir son bir neçə ildir ki, Rusiyada yaşayır. O, peşəkar kikboksinqçidir. Koronavirus səbəbindən Elnur sevimli idman növü ilə dar çərçivədə məşğul olmaq məcburiyyətində qalıb.

Böyük idman ölkəsi sayılan Rusiyada koronavirusa yoluxanların sayı yarımmilyondan çoxdur. Bununla belə, şimal ölkəsində azarkeşlərin az sayda olsa da tribunalara buraxıldığı yerli futbol çempionatı bərpa olunub, açıq hava şəraitində idman etməklə bağlı qadağa yoxdur.

Dəryagir fiziki formasını saxlamaq üçün meşə zonasında məşq etdiyini də sözlərinə əlavə edib.

Əslən Gəncə şəhərindən olan Elnur Dəryagir əməkdar idman ustasıdır. O, dünya və Avropa çempionu, beynəlxalq turnirlərin qalibidir.