• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2025
— 22.06.2020 20:09

"Üç bulaq" fasiləsiz ixtiyarınızdadır

KepezTV Player

Gəncənin Gülüstan yaşayış massivində yerləşən məşhur “Üç bulaq” əksəriyyət üçün tanış məkandır. Bulaq uzun illər şəhər sakinlərini saf və sərin su ilə təmin edib. Ərazidəki bulaqların sayı 10-a çatdırılsa da bir müddətdir suyun verilişində yaranan fasilə sakinlərin haqlı narazılığına səbəb olub. Amma nə xoş ki, şəhər icra hakimiyyətinin təşəbbüsü ilə sakinlər yenidən ağ sudan yararlana bilirlər.

Rasim Əlirzayev - şəhər sakini: Mən uşaqlığımdan bu bulaqdan su içmişəm, evə aparmışam. Son vaxtlar bulağın suyu gəlmirdi. Gəncə şəhər rəhbərliyi sağ olsun. Əhalini dağdan gələn su ilə təmin etdi.

Üç bulağın su təminatı bərpa olunub. Sakinlər bu gündən etibarən günün istənilən saatında buradan gəlib su götürə biləcəklər.

Hazırda “Üç bulaq” Göygöldən çəkilən içməli su xətti hesabına fəaliyyət göstərir. Bulağın yerləşdiyi ərazidə bir neçə il əvvəl əsaslı təmir-bərpa işləri aparılıb. Müasir görkəmə salınan bulaqların sayı 3-dən 10-a çatdırılıb. Eyni zamanda, əhalinin mədəni istirahətini təmin etmək üçün Mirzə Şəfi Vazeh adına muzey və park istifadəyə verilib.

Nuru Rüstəmov - parkın aqronomu: Demək olar ki, neçə ildir bu parka qulluq eləyirik. Üç bulaq deyirik düzdü, amma indi bulaqların sayı artırılıb. Əhali gəlib buradan içməli su götürür. Karantin dövründə icazəli əsasında gəlib parkda dincəlirlər.

Ərazidə aparılan abadlıq və təmizlik işləri, buranın sakinlər tərəfindən istirahət guşəsi kimi də istifadəsinə imkan verir.