• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2283
— 22.06.2020 16:20

Sərtləşdirilmiş xüsusi karantin rejiminin ilk günü

KepezTV Player

COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə Gəncədə də sərtləşdirilmiş karantin rejimi tətbiq olunub. Bununla əlaqədar polis gücləndirilmiş rejimdə fəaliyyətini davam etdirtir

Bununla əlaqədar şəhərin müxtəlif ərazilərində, yollarında qurulan polis postlarında ciddi yoxlamalar aparılır. Müvəqqəti yaradılan postlarda Gəncə şəhəri Baş Polis İdarəsinin əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən sürücülər saxlanılır və vətəndaşların postlarda daha tez yoxlanılması üçün müvafiq sənədləri planşetlər vasitəsilə heç bir təmas olmadan həyata keçirirlər.

Bundan başqa, postlardan keçən və içərisində sərnişinlər olan marşrut avtobusları da saxlanılaraq sərnişinlərin sənədləri yoxlanılır. Yoxlamalar zamanı müvafiq icazə olmadan yaşayış yerlərini tərk edən, eləcə də lüzumsuz yerə nəqliyyat vasitələrini idarə edən sürücülər aşkarlandıqda polis əməkdaşları tərəfindən həmin şəxslərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilərək, məsuliyyətə cəlb olunurlar.

Eşqin Qasımov - DİN-in mətbuat xidmətinin əməkdaşı: Vətəndaşların tibbi maskadan istifadəsi tələb olunur. Bundan başqa, şəhərin giriş çıxışı məhdudlaşdırılıb. Sakinlərin şəhəri tərk etməsi, o cümlədən, digər rayon və şəhərlərdən Gəncə şəhərinə gəlinməsi məhdudlaşdırılıb. Yalnız həyati və zəruri əhəmiyyət kəsb edən hallarda qanunla müəyyən edilmiş şəxslərin şəhərə giriş və çıxışı nəzərdə tutulub. Şəhər sakinlərindən, Gəncə şəhər BPİ olaraq, lüzumsuz yaşayış yerlərini tərk etməmələri və xüsusi karantin rejiminin tələblərini yerinə yetirmələrini xahiş edirik.

Sərt karantin rejimi iyulun 5-i saat 6-dək qüvvədə olacaq.