• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1587
— 22.06.2020 11:19

Gənc qəzada xəsarət aldı

KepezTV Player

Tərtərdə sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Qaraqoyunlu kəndi ərazisində yerli sakin 57 yaşlı Təhməz Məmmədovun idarə etdiyi "VAZ 2107" “İsuzu” markalı yük avtomobili ilə toqquşub. Nəticədə "Jiquli"nin sürücüsü hadisə yerində dünyasını dəyişib. Yük avtomobilində olan sərnişin 28 yaşlı Cavid Əlizadə və  sürücü  ağır bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyətləri ağır qiymətləndirilir. **Goranboyda da qəza olub. “VAZ-2107” markalı minik avtomobili idarəetməni itirərək aşıb. Maşında olan 23 yaşlı İbrahim Yusifov xəsarət alıb. O, əvvəlcə Goranboy Rayon Mərkəzi Xəstəxanasına, daha sonra Bakıda yerləşən xəstəxanaların birinə çatdırılıb. Faktlarla bağlı araşdırma aparılır.