• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1043
— 22.06.2020 11:45

Yağış və dolu kənd təsərrüfatına ciddi ziyan vurub

KepezTV Player

Dünən günorta saatlarında Gədəbəy rayonuna yağan güclü yağış, dolu və az miqdarda qar kənd təsərrüfatına böyük ziyan vurub. Gədəbəy Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, yağıntılı hava şəraiti həm əkin sahələrinə, həm də heyvandarlıq təsərrüfatlarına mənfi təsir edib. Yağış və dolu əsasən Ərtəpə, Söyüdlü, Qaradağ, Arıqdam, Göyəlli, Çayrəsullu, Şınıx və Düzrəsulu kəndlərində fəsadlar törədib. Təxminən 750 hektardan çox kartof, 20 hektardan çox tərəvəz bitkisi, 100 hektardan artıq taxıl zəmiləri təbiət hadisəsi nəticəsində ziyan görüb. Ayrı-ayrı ərazilərdə meyvə ağaclarına da zərər dəyib. Bundan başqa yağış nəticəsində yaranan sel 3 baş mal-qaranın tələf olmasına səbəb olub.