• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 696
— 22.06.2020 11:58

SMS-lərin 29 faizi təsdiq cavabı almayıb

KepezTV Player

Narıncı zonada tətbiq olunan məhdudiyyətlərin ilk günündə əməkdaşlar üçün icazənin alınması ilə bağlı 47.427 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs üzrə 690.330 aktiv icazə qüvvədədir. "ASAN xidmət"dən verilən məlumata görə, evdən çıxmaq istədiklərinə dair vətəndaşlar tərəfindən icazə əldə etmək üçün SMS-lə 8103 qısa nömrəsinə 511.419 SMS göndərilib. Onların da 29 faizi aidiyyəti olmayan məzmunla bağlı göndərildiyindən təsdiq cavabı almayıb. SMS-lərin 99.4 faizi 1 dəqiqə ərzində cavablandırılıb.