• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2420
— 22.06.2020 12:02

Bakıya və bölgələrə getmək istəyən 900 avtomobil geri qaytarılıb

KepezTV Player

Ötən gün Bakıya girişə və çıxışa cəhd edən 900 avtomobil geri qaytarılıb. Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev deyib ki, rayonlardan gələn və Bakıya daxil olmağa çalışan 550 avtomobil rayonlara, Bakıdan rayonlara getmək istəyən 350 avtomobil isə postlardan geri qaytarılıb. Ötən gün qaydaları pozan 1 572 nəfər isə inzibati məsuliyyətə cəlb edilib. Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad və Abşeron ərazisində sərt karantin rejimi 5 iyul səhər saat 6-dək davam edəcək.