• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 715
— 22.06.2020 10:54

Ağstafada polis vətəndaşları maarifləndirir

KepezTV Player

Narıncı zonaya daxil edilməyən rayonlarda da qabaqlayıcı tədbirlər davam etdirilir. Ağstafada polis əhali arasında maarifləndirmə işi aparır, əhalini sıxlıq təşkil etdiyi ərazilərdə tibbi maskalar paylayır.

Sərt karantin rejimi tətbiq edilməyən Ağstafada, koronavirus pandemiyasının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir. Rayon polis şöbəsinin əməkdaşları ictimai və şəxsi nəqliyyat vasitəsinin sürücüləri və sakinlərlə təbliğat xarakterli söhbətlər edir.

Polis əməkdaşları sakinlərin sıx olduğu ərazilərdə də nəzarəti gücləndirib.  Sosial məsafənin qorunması və tibbi maskalardan istifadə ilə bağlı yoxlamalar aparılır, sakinlərə tibbi maskalar paylanılır.

Karantin rejiminin tələblərindən irəli gələrək bu kimi tədbirlər rayonun kənd və qəsəbələrində də aparılır.

 

Natiq Hüseyn