• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1737
— 19.06.2020 20:06

Qərb klublarına lisenziya verilmədi

KepezTV Player

Futbolumuzun elitasında çıxış edən komandaların sayında dəyişiklik olmayacaq. Gələn mövsümdə də Premyer Liqada eyni 8 klub mübarizə aparacaq. Çempionat iştirakçılarının sayının artırılacağı gözlənilən olsa da, AFFA-nın Lisenziya Komissiyası fərqli qərar verib.

Növbəti çempionatın coğrafiyasının qərb təmsilçilərinin hesabına genişlənəcəyi ağlabatan idi. Bu haqda Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev də vaxtında açıqlama verərək “Kəpəz”lə “Turan Tovuz”un elitada yarışacağına işarə vurmuşdu. Amma Premyer Liqasında iştirak etmək üçün müraciət edən klubların sənədlərinə əsasən, Gəncə və Tovuz komandalarına lisenziya verilməyib. Hər iki kollektiv lisenzilaşdırma prosedurunda maliyyə meyarını yerinə yetirə bilməyib.

Bir dövrlər nəinki çempionatımızın müntəzəm iştirakçılarından hətta mükafatçılardan biri olan “Kəpəz”in son vaxtlar elitadakı yarışı qeyri-stabil alınır. Divizionla Premyer Liqa arasında tez-tez var-gəl edən komanda sonuncu dəfə iki mövsüm öncə futbolumuzun ən yüksək liqasında təmsil olunub. “Kəpəz”in icraçı direktoru İlqar Nadiri rəhbərlik etdiyi klubu tezliklə layiq olduğu yerdə - elitada görəcəklərinə ümidini itirmir.

Qərb regionunun ağırlığını çiyinlərində daşıyan “Turan Tovuz”un sonuncu Premyer Liqa səfəri 7 il öncəyə təsadüf edir. Həmin vaxtdan sonra komanda iki dəfə I Divizionun qalibi olub. Amma hər iki halda elitaya çıxmayıb.