• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1479
— 19.06.2020 19:40

Ən ideal tərbiyə metodu...

KepezTV Player

Aylardır davam edən karantin rejiminin ən yaxşı tərəfi ailə üzvlərimizlə bolluca vaxt keçirə bilməkdir. İndi övladlarımıza ayrılan zamanın çoxluğu bizdən müəyyən məqamlarda daha diqqətli olmağı tələb edir. Sıradan bir situasiyaya həssaslıqla yanaşıb, hər xırda məsələyə görə uşaqlarını cəzalandıranlar, sizə mesajımız var. Sözügedən təsir vasitəsi valideyn istədiyində deyil, situasiya tələb edəndə tətbiq olunmalıdır. Əks halda, "cəza verib, tərbiyənləndirirəm" deyərkən, balacalarda psixoloji travma yarada bilərsiz.

Tərbiyə prosesində "cəza" metodu uyğun olmayan hansısa bir davranışa görə tətbiq olunur. Onun başqalarının yanında reallaşdırılması yolverilməzdir. Çünki bu vəziyyətdə cəzalandırılan şəxs bir növ ətrafdakılarla da münaqişə mövqeyində olur. Sözsüz ki, burada söhbət nə fiziki, nə də psixoloji cəzadan gedir. Bəs maraqlıdır, belə incə məqamda şəhər sakinləri necə davranırlar?

Düzgün cəza metodu ilə nəticənin alınması hər nə qədər tez olsa da, tərbiyədə istifadə olunan digər ən gözəl üsul lazımi səviyyədə sevgi göstərməkdir. Çünki sevgi ilə deyilən hər xoş söz uşaqdan-böyüyə istənilən qəlbə yol tapar. Eyni ilə, atalarımızın dediyi kimi.. Söz var dağa qaldırar, söz var, dağdan endirər.