• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2359
— 19.06.2020 20:15

Yeni antirekord: 438 nəfər koronavirusa yoluxdu

KepezTV Player

Azərbaycanda koronavirus infeksiyasına 438 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər vəfat edib. İndiyədək ölkədə ümumilikdə 11767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.