• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1433
— 18.06.2020 19:12

Taksidən istifadə edən şəxs ön oturacaqda əyləşə bilərmi?

KepezTV Player

Biz bəzi hallarda vaxta qənaət etmək üçün və mənzil başına daha rahat çatmaq üçün taksi xidmətindən istifadə edirik.  Həm də əvvəllər taksiyə minmək üçün onların dayandığı yerə getmək, yaxud da yol kənarına çıxıb taksinin keçəcəyini gözləmək lazım idisə, indi bir zənglə taksini istədiyiniz vaxt istədiyiniz yerə çağırmaq mümkündür. İşimizi asanlaşdıran bu nəqliyyat vasitəsinə təlabat da indi daha çoxdur. Lakin, Dövlət Avtomobil Nəqliyyatı Xidmətindən taksilərdən istifadə ilə bağlı xəbərdarlıq var.

Tofiq Paşayev taksi şirkətinin nümayəndəsi: Operativ Qərargahın və Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin göstərişlərinə və tövsiyyələrinə əməl edərək, avtomobilləri izolyasiya edirik. Yəni bizim avtomobillərin böyük əksəriyyəti izolyasiya olunmuşdur. İzolyasiya olunmuş avtomobillər isə xüsusi kateqoriyaya ayrılır. Insanlar öz təhlükəsizliyini qorumaq üçün sürücü ilə maksimum dərəcədə təmassız səfər edə bilərlər və bundan əlavə təmassız ödəmə xidmətləri də vardır ki, hansı ki, Gəncə şəhərində yeganə bizim şirkətdir ki, kartla ödəmə sistemi var. Avtomobildə taksi xidmətindən istifadə edib maksimum dərəcədə çalışaq lazımdır ki, 2 nəfərdən artıq sərnişin qəbul edilməsin. Biz də sürücüləri bu barədə təlimatlandırırıq. Sürücülər də buna əməl etməyə çalışırlar.

Taksi xidmətindən istifadə edən sərnişinlərin sayı iki nəfərdən çox deyilsə, onlar yalnız arxa oturacaqlardan istifadə edərək mənzil başına çatmalıdırlar. Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən taksi sürücülərinə bu barədə tapşırıq verilib. Bu məhdudiyyət qeyri-müəyyən dövrə kimi qüvvədə qalacaq. Taksilərin ön oturacaqlarına bu barədə stikerlər də yapışdırılacaq.

Elvin Ağayev sürücü: Biz müştəridən zəng edib, soruşuruq ki, misal üçün neçə nəfərdirlər ? 2 nəfər olanda gedirik. 2-dən artıq 3-4 nəfərdirlərsə, sifarişdən imtina edirik həmin vaxt. Ancaq ailədən olan 3 nəfər harasa gedirsə, onda artıq götürə bilirik onları. 2 nəfər arxada olur, 1 nəfər isə öndə maska taxıblarsa, götürə bilirik. Müştəri yaxınlaşın qabaq qapını açan kimi biz ona deyirik ki, arxada oturmaq lazımdır təhlükəsizliyə görə.

Pandemiya dövründə taksilərdə də şəffaf arakəsmə onun üçün yaradılıb ki, sərnişin və sürücü arasındakı izolyasiya qaydalarına əməl olunsun.

Hər halda müştərilərin məmmuniyyəti üçün sürücülər avtomobildə xidmət səviyyəsini, rahatlığı təmin etməlidir. Bundan əlavə etibarlıq və ələxsus da izolyasiya qaydalarına əməl etmək çox vacib nüanslardır. Çünki, müştəri bunların hamısını nəzərə alır.