• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 3176
— 17.06.2020 20:23

Təmirə ehtiyac duyan stadion

KepezTV Player

Gəncədə təmirinə ehtiyac duyulan idman obyektləri arasında şəhər stadionu ilk sıradadır. Burada gəncəli azarkeşlərin könül verdiyi “Kəpəz” futbol klubu ev oyunlarını keçirir. Yarım əsrdən çox yaşı olan arena 1962-ci ildə tikilərək istifadəyə verilib. İdman qurğusu “Kəpəz”in sələfi “Dinamo” Kirovabadın 1967-ci ildə SSRİ Çempionatının yüksək liqasına çıxması ilə indiki formasına salınıb. Gəncə futbolunun tarixini özündə yaşadan stadionda müxtəlif vaxtlarda təmir-bərpa işləri aparılsa da, bu, yalnız kosmetik xarakter daşıyıb. Odur ki, arenada köklü şəkildə yenidənqurmaya ehtiyac var. Bu səbəbdən 25 000 tamaşaçı tutumuna malik stadion Dövlət Proqramına salınıb. “Kəpəz”in Müşahidə Şurasının, eləcə də Milli Məclisin Gənclər və idman komitəsinin üzvü, millət vəkili Müşfiq Cəfərov televiziyamıza açıqlamasında stadionla bağlı məsələyə toxunub.