• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1632
— 16.06.2020 20:38

Açıq havada keçirilən məşqlər

KepezTV Player

Koronavirus pandemiyasına görə karantin rejiminin yumşaldıması buna kimi ev şəraitində məşq edən idmançıların qismən də olsa işinə yaradı. Gənclər və idman nazirliyinin balansında olan Olimpiya İdman Komplekslərinin, eləcə də digər idman təyinatlı obyektlərin açıq havada yerləşən meydança və qurğuları əhalinin istifadəsinə verildi.

Yalnız idman obyeklərində deyil, həmçinin parklarda da idmanla məşğul olmaq mümkündü. Karantinin rejiminin qaydalarına əməl etməklə, sosial məsəfəni qoruyaraq və qrupda 10 nəfərdən artıq sayı keçməməklə məşq etmək olar.

Gənc mütəxəssis evdə qaldıqları müddətdə onlayn məşqlərlə yetirmələrinin hazırlığını diqqətdə saxlayıb. Uşaqlar məşqçinin tövsiyyələrinə əməl edərək ev şəraitində verilən tapşırıqların öhdəsindən gəlməyə çalışıblar.

Əməkdar məşqçinin sözlərinə görə, indiki məqamda hər bir idmançı üçün psixoloji hazırlıq əsasdır.

Mart ayından ölkəmizdə koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təhsil idman müəssisələrində tədris prosesi dayandırlıb, müxtəlif səviyyəli bütün yarışlar ləğv edilib. Bu yöndə fəaliyyət ev şəraitində keçirilməsi mümkün olan istiqamətlər üzrə təşkil olunub. Zallarda məşq edə bilməyən idmançılara onlayn keçirilən məşqlər onların fiziki hazırlıq imkanlarının inkişaf etdirilməsinə yönəlib.