• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1999
— 16.06.2020 16:39

Sərt karantin günlərində 635 sürücü cərimə olunub

KepezTV Player

Nazirlər Kabinetinin 9 şəhər və rayonda, o cümlədən Gəncədə xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə müvafiq Qərarına əsasən icaze.e-gov.az portalının fəaliyyəti yenidən aktiv olub. 14 iyun gecə saat 12-dən 16 iyun səhər saat 06-dək məhdudiyyətlərin tətbiq edildiyi müddətdə 15 200 dövlət və özəl təşkilat, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən icaze.e-gov.az portalı vasitəsi ilə 241 689 icazə qüvvədə olub. **Baş Dövlət Yol Polisi İdarəsi isə sərt karantin günlərində Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazilərində karantin rejimini pozan sürücülərin sayını açıqlayıb. Nəqliyyat vasitələri ilə hərəkətdə olan 635 nəfər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.