• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1961
— 16.06.2020 16:38

Dövlət qulluğuna müsahibələr onlayn təşkil olunacaq

KepezTV Player

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üzrə keçirilən müsahibələrdə iştirak edəcək namizədlərə müraciət edib. Koronavirus infeksiyasının geniş yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilən xüsusi karantin rejimi nəzərə alınaraq martın 18-dən təxirə salınan müsahibələrin onlayn qaydada təşkil edilməsi nəzərdə tutulub.Namizədlər onlayn müsahibələrə xüsusi proqram təminatı vasitəsilə Mərkəzin müvafiq inzibati binalarından qoşulacaqlar.Namizədlərlə onlayn müsahibələr onların seçdiyi regional bölmədə təşkil ediləcək. Müsahibələrin keçirilmə qrafiki 5 gün əvvəl DİM-in internet portalında yerləşdiriləcək.