• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1212
— 16.06.2020 16:33

İlin sonunadək daha 3 təqaüd və 3 müavinət növü elektronlaşdırılacaq

KepezTV Player

Sosial təminat növləri üzrə yeni e-təyinat sistemlərinin hazırlanması prosesi davam edir. ƏƏSM Nazirliyinin məlumatına görə, bu ilin sonunadək daha 3 təqaüd və 3 müavinət növünün elektronlaşdırılması nəzərdə tutulub. Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə pensiya təyinatının elektronlaşdırılması istiqamətində işlər aparılır. Bununla bağlı məlumat vərəqələrinin elektron forması hazırlanaraq test edilib. Ümumən, əsas hədəf budur ki, sosial təminat sahəsində proaktiv xidmətlərin əhatə dairəsi getdikcə genişlənsin.