• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1723
— 16.06.2020 16:31

Müdafiə naziri yeni hərbi şəhərcik kompleksinin açılışında iştirak edib

KepezTV Player

Silahlı Qüvvələr üçün yeni inşa edilən hərbi hissənin açılışı olub. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun və nazirliyin digər rəhbər heyətinin iştirakı ilə hərbi şəhərcik ərazisindəki qərargah, yeməkxana, tibb məntəqəsi, əsgər yataqxanası, avtomobil parkı, müxtəlif təyinatlı döyüş silah və sursatlarının saxlanması üçün anbarlar, eləcə də digər infrastruktur obyektlərinə baxış keçirilib. Hərbi şəhərcik ərazisində hərbi qulluqçuların ailələri üçün nəzərdə tutulan yeni bina da istifadəyə verilib.Bu ilin sonunadək daha 200-dək xidməti mənzilin tikintisinin sona çatdırılması planlaşdırılır.