• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1687
— 16.06.2020 16:37

Şəmkirdə kümçülər baramanı təhvil verirlər

KepezTV Player

Şəmkirdə barama tədarükü davam edir. Artıq kümçülər tərəfindən 7 tona yaxın barama təhvil verilib.

Şəmkirli kümçülər bir aydır çəkdikləri əziyyətin bəhrəsini toplayırlar. Artıq  bir neçə gündür rayonda barama məhsulu yığılır. Kümçülər deyir ki bu sahə çox qazanclıdır. Toxumların pulsuz verilməsi, eyni zamanda, dövlət tərəfindən hər kiloqram məhsula ödənilən subsidiya bu sahəyə daha çox maraq yaradıb.

Mehman Qəhrəmanov kümçü 320 qram barama qurdu götürmüşdüm. Yaxşı qulluq etdiyimizə görə məhsuldarlıqda yaxşıdır. Planı mən elə bilirəm yüz faiz yerinə yetirəcəyik.

Şəmkir Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, bu mövsüm 36 yaşayış məntəqəsi üzrə 165  kümçü barama toxumu təhvil alıb. Kümçülər öz məhsullarını “Azəripək” MMC-nin əməkdaşlarına təhvil verirlər. Qısa müddətdə xeyli miqdarda məhsul tədarük olunub.

Rəşad Əzizov Şəmkir DAİM-in direktoru: Onların yemlənməsi qurdaların seyrədilməsi kimi tədbirlər vaxtında aparılıb. Sevindirici haldır ki, artıq Şəmkir rayonunda 4-5 gün ərzində 7 tona yaxın barama təhvil verilib. Biz qarşımız hədəf qoymuşuq ki, yaxın vaxtlarda baramanı vaxtında təhvil verək.

Ötən il Şəmkir rayonu üzrə 16 ton barama məhsulu tədarük olunub. Builki hədəf isə 18 tondur.

Natiq Hüseyn